Sosial-iqtisadi məsələlər
Pensiya yaşı artırılmalıdır ya yox?Qeyd

Gürcüstanda qadınların pensiya yaşı 60-dan başlayır, kişilərin isə   65-dən. Dünyanın müxtəlif ölkələrində mövcud olan pensiya yaşı həddləri haqqında məlumatı bu linkdən alın.

İşlə təmin edən işçisi kişi və işçisi qadına, hər ikisi eyni işi görürsə, eynicür maaş verməyə qanunla borclu olmalıdırmı?
Əmək müfəttişliyi olmalıdırmı?Qeyd

mək müfəttişliyi – ölkə miqyasında əmək qanunvericiliyinin müdafiəsinə nəzarət edən və lazım gəldikdə sanksiyalar tətbiq edən dövlət orqanı. Əmək qanunvericiliyinin müdafiəsində əmək şəraitlərinə nəzarət, əmək müqavilələrinin əmək məcəlləsi ilə uyğunluğunu yoxlamaq, əmək diskriminasiya faktlarını üzə çıxartmaq nəzərdə tutulur

Dövlət işlə iri təmin edən olmalıdır ya yox?Qeyd

Sakstatın verilmişlərinə görə, 2014-cü ildə dövlət sektorunda 251 min insan işləyirdi. Bu rəqəm kirayə (muzdlu) ilə işləyənlərin 36.2%-ni təşkil edir. İşlə təmin olanların ümumi miqdarında (özlərini işlə təmin edənləri hesaba almaqla) dövlət sektorunda işlə təmin olanların payı 14.3%-dir.

İşsizlər üçün dövlət yardımı olmalıdır ya yox?Qeyd

Gürcüstanın hazırki qanunvericiliyi işsizlərə yardımı nəzərdə tutmur.

Qanunla müəyyən olunmuş minimal maaş mövcud olmalıdır ya yox?Qeyd

Gürcüstan Prezidentinin 1999-cu ilin iyunun 4 verdiyi 351-ci əmri ilə Gürcüstanda minimal maaş 20 laridir.

Dekret məzuniyyət maaşı artırılmalıdır ya yox?Qeyd

Gürcütsan Əmək Məcəlləsinə görə, əmək haqqının ödənmə forması və miqdarı əmək müqaviləsi ilə müəyyən olunur.  Hamiləlik, doğum ya uşağa baxmaq üçün məzuniyyətdən 183 təqvimi gün ödənilməlidir. Hamiləlik çətinləşsə və yaxud ekizlər doğulsa, onda 200 təqvimi gün.

Sizcə Həmkarlar İttifaqının ölkənin iqtisadiyyatına zərərmi verir yoxsa dəstəkmi?Qeyd

Gürcüstan Konstitusiyası ilə hamının  Həmkarlar İttifaqı yaratmaq və ona birləşmək haqqı var (qanunla müəyyən olunmuş istisnalardan başqa –  Müdafiə, Daxil İşlər, Vergi, Məhkəmə hakimiyyəti, Prokurorluq orqanlarında və Dövlət Təhlükəsizlik Xidmətində Həmkarlar İttifaqlarının yaratmaq xüsusiyyətləri bu orqanlar və Xidmətlər haqqında Gürcüstan Qanunvericiliyi ilə müəyyən olunur).

Dövlət tərəfindən kənd-təsərrüfatının subsudiyarlıq etməsi ilə razısınızmı?
Aborta yolverilməlidir ya yox?Qeyd

Abort tibbi bir prosedurdur. Abort nəticəsində hamiləlik dölü çıxartmaq  yolu ilə süni şəkildə danaydırılır. Gürcüstan Qanunvericiliyi ilə aborta ilk 3 ay ərzində icazə verilir. Bunun üçün hamilə ilə tibbi müəssisədə söhbətlər olunmalı və düşünmək üçün verilən beş gün tamam olmalıdır. Əgər hamiləlikdən üç ay ötübsə aborta yalnız tibbi və sosial göstəricilərə icazə verilir. Bu göstəricilər Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin əmri ilə təyin olunur. Dünyanın müxtəlif ölkəsində  abortun requlyasiyası haqda məlumata  bu interaktiv xəritədə baxın.

Müalicə edilməyən xəstəliyə düçar olan, sağalmasına ümid bəslənməyən insanın başqasının yardımı ilə özünü öldürməyə qanuni haqqı olmalıdır ya yox (Evtanasiya)?Qeyd

Evtanasiya müalicə olunmayan xəstəliyə tutulmuş, ölümdənqabaq stadiyada olan xəstənin öz xahişi ilə həyatına  qəsdən son qoymaqdır.  Gürcüstan Qanunvericiliyi ilə evtanasiyanı həyata keçirmək və yaxud onda iştirak etmək qadağandır. Dünyanın müxtəlif ölkələrində evtanasiyanın requlyasiyası haqda məlumatı bu linkdə axtarın.

Ətrafmühit məsələləri
Avtomobilin texniki yoxlayışı icbari olmalıdır ya yox?Qeyd

“Yol hərəkəti haqda”  Gürcüstan qanununa görə maşını 2017-ci ilin dekabrın 31-ə kimi yol üçün yararlı olmasını testləşdirmək icbari deyildir. Hazırda yoxlayış yalnız səkkinz yolçudan çoxunu aparmaq üçün nəzərdə tutan nəqliyyat vasitəsi üçün icbaridir. Bundan əlavə ağır və ya təhlükəli yükü daşıyan nəqliyyat vasitəsi də yoxlanılır.

Gürcüstanda geni dəyişdirilmiş qidanın satılması qadağan olunmalıdır ya yox?Qeyd

Gürcüstan qanunvericiliyinə görə, geni dəyişdirilmiş qidanın satılması qadağan deyildir, lakin əgər tərkibində mövcud olan geni dəyişdirilmiş komponentin miqdarı ümumi kütlənin 0,9-dan çoxdursa məhsulun  etiketləşdirilməsi icbaridir.  Bundan əlavə, Gürcüstan ərazisində geni dəyişmiş cismin ətrafmühitə introduksiyası/daxil olunması qadağandır.

Gürcüstanda böyük həcmli hidroelektrik stansiyalarının tikilməsi ilə razılaşırsınızmı?
Daxili işlər
Gürcüstan Parlamentində qadınların icbari kvotalarına gətirilməyini dəstəkləyirsiniz ya yox?Qeyd

Kvotanın məqsədi Parlamentdə qadınlar iştirakını həvəsləndirməkdir. 2003-cü ildə Gürcüstan Parlamentində kvota sistemini tətbiq etmək təşəbbüsü artıq bir dəfə dəstək ala bilmədi. Gürcüstanda bu ideya aktualdır. Parlamentə hal-hazırda da qender üzrə kvota məsələsində qanun layihəsi təqdim olunmuşdur. Dünyanın müxtəlif ölkələrində  Parlamentdə gender kvotaları haqqında məlumata bu linkdə baxın.

Dini təşkilatlar dövlət büdcəsindən maliyyələşdirilməlidirlər ya yox?Qeyd

Gürcüstan dövləti və Gürcüstan Həvari  Müstəqil Provoslav kilsəsi arasında 2002-ci ildə oktyabrın 14-də konstitusiya razılaşması (Konkordad) qoyuldu. Bu razılaşma əsasında kilsəyə bir sıra məziyyətlər verildi. 2009-cu ildən Maliyyə Nazirliyi tərəfindən Gürcüstan Patriarxlığına illik ortalama birbaşa ayırdığı məbləğ 25 mln lari təşkil edir. Bundan əlavə Sovet totalitar rejimi zamanı vurulan maddi və mənəvi zərərin ödənməsi məqsədi ilə, 2014-cü ildən dövlət büdcəsindən İslam, Yəhudi, Roma-katolik və Erməni Həvari etiqadlı dini təşkilatlar da maliyyələşdirilir.  Bu məqsədlə dövlət 2014-cü ildə 1 750 000 lari ayırdı, 2015-ci ildə isə maliyyələşdirmə ikiqat artdı və 3500 000 lari təşkil etdi.

Gürcüstan Provoslav Kilsəsi Konstitusiya razılaşması ilə ona verilən status və güzəştlərdən faydalanmalıdır ya yox?Qeyd

Gürcüstan dövləti və Gürcüstan Həvari  Müstəqil Provoslav kilsəsi arasında 2002-ci ildə oktyabrın 14-də konstitusiya razılaşması (Konkordad) qoyuldu. Bu razılaşma əsasında kilsəyə bir sıra məziyyətlər verildi. 2009-cu ildən Maliyyə Nazirliyi tərəfindən Gürcüstan Patriarxlığına illik ortalama birbaşa ayırdığı məbləğ 25 mln lari təşkil edir. Bundan əlavə konkordad Provoslav kilsəsi üçün başqa güzəştləri də nəzərdə tutur. Məsələn kilsə tərəfindən istehsal olunan ayin üçün lazımlı məhsullar – onun hazırlanması, gətirilməsi, çatdırılması və iyanəsi, həmçinin qeyro-iqtisadi məqsədlə mövcud olan əmlak və vergilərdən azad olunmuş torpaq.

İctimai yayımçı kanalı dövlət tərəfindən maliyyələşdirilməlidir ya yox?Qeyd

İctimai yayımçı Gürcüstan büdcəsindən  ildə təxminən 40 mln lari ilə maliyyələşdirilir.

Dövlət idman klublarını maliyyələşdirməlidir ya yox (Məsələn futbol, basketbol, raqbi klublarını) ?
Xarici ölkə vətəndaşların Gürcüstanda torpaq alma hüquqları olmalıdır, yoxsa olmamalıdırmı? Qeyd

2013-cü ilin iyunun 28-də Gürcüstan Parlamenti “Kənd-təsərrüfat təyinatlı torpağın mülkiyyəti haqqında” Gürcüstan Qanununa dəyişikliklər əlavə etmək barədə” qanun qəbul etdi. Bu dəyişikliklərə əsasən xarici ölkə vətəndaşı 2014-cü ilin 31 dekabrına kimi kənd-təsərrüfat təyinatlı torpaq üzərinə mülkiyyət hüququnu (o cümlədən irsiyyət hüququnu) ala bilmirdi. Qeyd olunan əsasnaməni Gürcüstan Konstitusiya Məhkəməsi qeyri-konstitusiyonal hesab etdi və buna görə də, bu istiqamətdə heç bir qanunvericilik qadağası tətbiq olunmur.

İcbari hərbi xidmətin mövcudluğu ilə razısınız, ya yox?Qeyd

Gürcüstan Qanunvericiliynə görə  hərbi qeydiyyatda olan və yaxud olması gərəkən və hərbi xidmətdən azad olmasına dair icazəsi və yaxud, onu başqa vaxta keçirəcək hüququ olmayan hər bir 18-dən 27 yaşına kimi Gürcüstan vətəndaşı (kişi) hərbi xidmətə getməlidir. Hərbi xidməti keçən hərbçi 12 ay ərzində xidmət göstərir.

Eyni cinsdən olan insanların evlənməsinə icazə veriməlidir ya yox?Qeyd

Gürcüstan Mülki Məcəlləsinin 1106-cı maddəsinə görə, evlənmək ailə qurmaq məqsədi ilə qadın və kişinin könüllü ittifaqıdır. Bu ittifaq müvafiq qayda üzrə Ədliyyə nazirliyində qeydiyyatdan keçir. Mülki tərəfdaşlıq/ittifaq ya buna bənzər məzmunu olan instituta bir çox ölkədə icazə verilir və onda iştirak edən tərəflər, bir qayda olaraq, evliliklə müqayisədə daha az hüquq/vəzifələrlə faydalanırlar. Dünyanın müxtəlif ölkələrində eyni cinsdən olan insanların evlənməsi requlyasiyası haqda məlumata bu linkdə baxa bilərsiniz.

Cinsi azlıqlar başqaları kimi ictimai yerlərdə toplanmaq və manifestasiya keçirmək imkanı ilə faydalanmalıdırlar ya yox?Qeyd

Gürcüstan Konstitusiyasının 25-ci maddəsi və “Toplanmaq və Manifestasiya haqqında” qanuna görə, hərbi qüvvələrdə və Daxili İşlər Nazirliyi tərkibində olan şəxslərdən başqa şər bir insanın qabaqcadan razılaşdıramdan açıq və silahsız şəkildə həm tavan altında, həm də bayırda toplanmağa hüququ var.

Kommunist totalitar rəmzlərinin açıq, demonstrativ şəkildə gəzdirmək/yerləşdirmək qadağan olmalıdır ya yox?Qeyd

“Azadlıq Xartiyası haqqında” Gürcüstan qanunu Kommunist totalitar və Faşist ideologiyaları daşıyan rəmzlərin, heykəllərin. barelyeflərin, yazıların, ictimai mühitdə adlardan istifadə olunmasını qadağan edir.  Belə rəmzlərin aradan qaldırılması üçün xüsusi olaraq yaradılmış komissiya səlahiyyətli şəxsə müraciət edir.  Komissiya müraciət etdikdə səlahiyyətli şəxs kommunist totalitar yaxud da faşist rəmzlərini aradan qaldırmağa borşludur.

İosif Stalinin hekəlini ucaltmaq qadağan olmalıdır ya yox?
Səhiyyə məsələləri
Dövlət tərəfindən maliyyələşdirilən ümumi səhiyyə sığortası olmalıdır ya yox?Qeyd

Hazırda Ümumi Səhiyyə Proqramı Gürcüstanda səhiyyə sığortasının başqa paketlərindən istifadə edə bilməyən vətəndaşlara, sosial vəziyyətindən asılı olamayaraq şamil olunur. Proqram çərçivəsində benefisiar planlı stasionar və ambulatoriya xidmətindən  onun üçün lazımlı, Ümumi Səhiyyə Proqramının da nəzərdə tutduğu, tibbi müəssisədə faydalanır. Ümumi Səhiyyə Proqramı dərmanların pulunu qarşılamır.

Marixuananın leqallaşmasına razısınız ya yox?Qeyd

Marixuanadan istifadə etmək Gürcüstan İnzibati Qanunpozuntular və Cinayət Məcəllələri ilə cəzalandırılır. Leqallaşma narkotiklərin azad bazar münasibətləri predmetinə çevirməyi nəzərdə tutur. Dünyanın müxtəlif ölkələrində narkosiyasət  haqqında məlumata bu linkdə baxa bilərsiniz.

Xarici siyasət məsələləri
Gürcü qoşunun Əfqanıstandan çıxmasına razısınız ya yox? Qeyd

2016-cı ilin iyunun 3-ü vəziyyəti ilə, Əfqanıstan İslam respublikasında 873 gürcü hərbi xidmətçisi vardı.

Gürcüstanın Avropa İttifaqına üzv olmasını dəstəkləyirsiniz ya yox?
Gürcüstanın NATO-ya üzv olmasını dəstəkləyirsiniz ya yox?
Gürcüstanın Rusiya tərəfindən yaradılmış Avrasiya İttifaqına üzv olmasını dəstəkləyirsiniz ya yox?
Gürcüstan Ukraynada baş verən hərbi aqressiyaya görə Rusiyaya qarşı təyin olunan sanksiyalara qoşulmalıdır ya yox?Qeyd

Qərb ölkələri tərəfindən Rusiyaya sanksiyalar tətbiq etmək zəruriyyəti 2014-cü ilin martında Rusiya Ukrayna ərazisinin bir hissəsini –Krım yarımadasını ilhaqında sonra yarandı. Sanksiyalar əsasən Rusiya Hökuməti ilə yaxın olan insanlar və şirkətlərin aktivlərini dondurmaqla, Rusiyaya müəyyən əhəmiyyəti olan texnologiyaların satılmaması və s. ilə tətbiq olunur.

Rusiya tərəfindən nəzarət altında olan və açıq-aşkar Rusiya imperialist xarakterli düşüncələri təbliğ edən və faktları saxtalaşdıran Rus telekanallarının Gürcüstanda göstərilməsi qadağan olunmalıdır ya yox?Qeyd

2016-cı ilin mayında on iki ictimai təşkilat Gürcüstan Hakimiyyətinə təşəbbüslə müraciət edərək Rusiya tərəfindən nəzarət altında olan və açıq-aşkar Rusiya imperialist xarakterli düşüncələri təbliğ edən və faktları saxtalaşdıran Rus telekanallarının Gürcüstanda göstərilməsi qadağan edilməsini tələb etdi. Avropanın bir neçə ölkəsində buna bənzər təcrübə vardır.

Təhsil məsələləri
Orta məktəblərdə seksual təhsil haqqında fənnin mövcud olmasına razısınız ya yox?Qeyd

Ümumi təhsil məktəblərdə üç pilləyə bölünür: ibtidai, baza və orta pillələrə. İbtidai pillə 1-6 sinifləri, baza – 7-9 sinifləri, orta isə -10-12 sinifləri nəzərdə tutur.

İctimai məktəblərdə dini təşkilatlar tərəfindən dini ritualların keçirilməsinə razısınız ya yox? Qeyd

Gürcüstanın “Ümumi təhsil haqqında” qanununa görə ictimai məktəbdə tədris prosesinin dini indoktrinasiya, prozelitizm və məcburi asimilasiya məqsədləri üçün istifadə olunması yolverilməzdir.

Məktəbəqədərki yaşda olan hər bir uşağın xərclərini dövlət qarşılamalıdır ya yox?