Partiya Cavablar

Vahid milli hərəkat

Sədr  - David Bakradze

Veb -  www.unm.ge

Sosial-iqtisadi məsələlər

  1. 1. Pensiya yaşı artırılmalıdır ya yox? Xeyr
  2. 2. İşlə təmin edən işçisi kişi və işçisi qadına, hər ikisi eyni işi görürsə, eynicür maaş verməyə qanunla borclu olmalıdırmı? Xeyr, ədalətli maaşı şərtləndirən bir çox amillər var (təhsil, təcrübə, vəzifənink xüsusiyyəti və s)
  3. 3. Əmək müfəttişliyi olmalıdırmı? Bəli, ancaq yalnız işçilərin sağlamlıqları üçün xüsusən yüksək təhlükə təşkil edən müəssisələrə nəzarət səlahiyyəti ilə
  4. 4. Dövlət işlə iri təmin edən olmalıdır ya yox? Xeyr, yalnız ölkədə elə bir mühit yaratmalıdır ki, onun sayəsində özəl sektord iş yerləri açıla
  5. 5. İşsizlər üçün dövlət yardımı olmalıdır ya yox? Xeyr
  6. 6. Qanunla müəyyən olunmuş minimal maaş mövcud olmalıdır ya yox? Xeyr
  7. 7. Dekret məzuniyyət maaşı artırılmalıdır ya yox? Xeyr
  8. 8. Sizcə Həmkarlar İttifaqının ölkənin iqtisadiyyatına zərərmi verir yoxsa dəstəkmi? Nə dəstək olur, nə də zərər verir
  9. 9. Dövlət tərəfindən kənd-təsərrüfatının subsudiyarlıq etməsi ilə razısınızmı? Xeyr, dövlət yalnız qeyri-maddi/qeyri-pul yardım göstərə bilər
  10. 10. Aborta yolverilməlidir ya yox? Bəli, əgər hamiləliyin müddəti üç ayı keçməyibsə
  11. 11. Müalicə edilməyən xəstəliyə düçar olan, sağalmasına ümid bəslənməyən insanın başqasının yardımı ilə özünü öldürməyə qanuni haqqı olmalıdır ya yox (Evtanasiya)? Xeyr, ancaq ömrünü uzatmaq üçün istifadə olunan süni aparatlardan imtina etmək hüququ olmalıdır

Ətrafmühit məsələləri

  1. 1. Avtomobilin texniki yoxlayışı icbari olmalıdır ya yox? Bəli, yalnız ictimai nəqliyyat, ağır və ya təhlükəli yükü daşımaq üçün müəyyən olunmuş nəqliyyat vasitələri üçün.
  2. 2. Gürcüstanda geni dəyişdirilmiş qidanın satılması qadağan olunmalıdır ya yox? Xeyr, ancaq belə qidanın etiketində müvafiq göstərişi olmalıdır
  3. 3. Gürcüstanda böyük həcmli hidroelektrik stansiyalarının tikilməsi ilə razılaşırsınızmı? Bəli, yalnız hidroelektrik stansiyasının yerləşəcəyi yerin əhalisi razı olarsa

Daxili işlər

  1. 1. Gürcüstan Parlamentində qadınların icbari kvotalarına gətirilməyini dəstəkləyirsiniz ya yox? Xeyr, ancaq bu cür siyasəti aparan siyasi partiyalar pul vəsaiti ilə həvəsləndirilə bilərlər
  2. 2. Dini təşkilatlar dövlət büdcəsindən maliyyələşdirilməlidirlər ya yox? Xeyr
  3. 3. Gürcüstan Provoslav Kilsəsi Konstitusiya razılaşması ilə ona verilən status və güzəştlərdən faydalanmalıdır ya yox? Bəli
  4. 4. İctimai yayımçı kanalı dövlət tərəfindən maliyyələşdirilməlidir ya yox? Bəli, yalnız başqa bir formada
  5. 5. Dövlət idman klublarını maliyyələşdirməlidir ya yox (Məsələn futbol, basketbol, raqbi klublarını) ? Bəli, yalnız istisna hallarda.
  6. 6. Xarici ölkə vətəndaşların Gürcüstanda torpaq alma hüquqları olmalıdır, yoxsa olmamalıdırmı? Bəli
  7. 7. İcbari hərbi xidmətin mövcudluğu ilə razısınız, ya yox? Xeyr
  8. 8. Eyni cinsdən olan insanların evlənməsinə icazə veriməlidir ya yox? Xeyr, eyni cinsdən olan insanlar mülki tərəfdaşlıqdan faydalana bilərlər, ancaq bu əlaqə evlənmək ya ailə deyilməməlidir
  9. 9. Cinsi azlıqlar başqaları kimi ictimai yerlərdə toplanmaq və manifestasiya keçirmək imkanı ilə faydalanmalıdırlar ya yox? Bəli
  10. 10. Kommunist totalitar rəmzlərinin açıq, demonstrativ şəkildə gəzdirmək/yerləşdirmək qadağan olmalıdır ya yox? Bəli, yalnız ictimai müəssisələrdə/əmlak üzərində olduqda
  11. 11. İosif Stalinin hekəlini ucaltmaq qadağan olmalıdır ya yox? Bəli, ancaq özəl mühitdə özəl mülkiyyətdə/yerdə onu yerləşdirmək qadağan olmamalıdır

Səhiyyə məsələləri

  1. 1. Dövlət tərəfindən maliyyələşdirilən ümumi səhiyyə sığortası olmalıdır ya yox? Xeyr, yalnız məsləhətli dövlət sığortası olmalıdır (Özəl sığorta ala bilməyənlər üçün). Belə olduğu təqdirdə dəva-dərmanın pulu da qarşılanmalıdır
  2. 2. Marixuananın leqallaşmasına razısınız ya yox? Xeyr, ancaq cinayət hesab olunmamalıdır və insanlar marixuana çkdikləri üçün həbsxanaya düşməməlidirlər