Partiya Cavablar

Milli Forum

Sədr  - Kaxaber Şartava

Veb - www.forumi.ge

Ətrafmühit məsələləri

  1. 1. Avtomobilin texniki yoxlayışı icbari olmalıdır ya yox? Bəli
  2. 2. Gürcüstanda geni dəyişdirilmiş qidanın satılması qadağan olunmalıdır ya yox? Xeyr, ancaq belə qidanın etiketində müvafiq göstərişi olmalıdır
  3. 3. Gürcüstanda böyük həcmli hidroelektrik stansiyalarının tikilməsi ilə razılaşırsınızmı? Bəli, yalnız hidroelektrik stansiyasının yerləşəcəyi yerin əhalisi razı olarsa

Daxili işlər

  1. 1. Gürcüstan Parlamentində qadınların icbari kvotalarına gətirilməyini dəstəkləyirsiniz ya yox? Xeyr, ancaq bu cür siyasəti aparan siyasi partiyalar pul vəsaiti ilə həvəsləndirilə bilərlər
  2. 2. Dini təşkilatlar dövlət büdcəsindən maliyyələşdirilməlidirlər ya yox? Bəli, ancaq yalnız ənənəvi (Provoslav, İslam, Yəhudi, roma-katolik və Erməni Həvari etiqadlı) dini birləşmələr maliyyələşdirilməlidir
  3. 3. Gürcüstan Provoslav Kilsəsi Konstitusiya razılaşması ilə ona verilən status və güzəştlərdən faydalanmalıdır ya yox? Bəli
  4. 4. İctimai yayımçı kanalı dövlət tərəfindən maliyyələşdirilməlidir ya yox? Bəli, yalnız başqa bir formada
  5. 5. Dövlət idman klublarını maliyyələşdirməlidir ya yox (Məsələn futbol, basketbol, raqbi klublarını) ? Xeyr
  6. 6. Xarici ölkə vətəndaşların Gürcüstanda torpaq alma hüquqları olmalıdır, yoxsa olmamalıdırmı? Bəli, yalnız müəyyən məhdudiyyətlərlə
  7. 7. İcbari hərbi xidmətin mövcudluğu ilə razısınız, ya yox? Bəli yalnız kişilər üçün
  8. 8. Eyni cinsdən olan insanların evlənməsinə icazə veriməlidir ya yox? Xeyr
  9. 9. Cinsi azlıqlar başqaları kimi ictimai yerlərdə toplanmaq və manifestasiya keçirmək imkanı ilə faydalanmalıdırlar ya yox? Bəli, yalnız azyaşlıların təhsil və yaxud dini müəssisələr olmayan yerdə
  10. 10. Kommunist totalitar rəmzlərinin açıq, demonstrativ şəkildə gəzdirmək/yerləşdirmək qadağan olmalıdır ya yox? Bəli
  11. 11. İosif Stalinin hekəlini ucaltmaq qadağan olmalıdır ya yox? Bəli, ancaq özəl mühitdə özəl mülkiyyətdə/yerdə onu yerləşdirmək qadağan olmamalıdır

Səhiyyə məsələləri

  1. 1. Dövlət tərəfindən maliyyələşdirilən ümumi səhiyyə sığortası olmalıdır ya yox? Xeyr, yalnız məsləhətli dövlət sığortası olmalıdır (Özəl sığorta ala bilməyənlər üçün). Belə olduğu təqdirdə dəva-dərmanın pulu da qarşılanmalıdır
  2. 2. Marixuananın leqallaşmasına razısınız ya yox? Xeyr, ancaq cinayət hesab olunmamalıdır və insanlar marixuana çkdikləri üçün həbsxanaya düşməməlidirlər