Layihə haqqında

Chemikhma.ge “Beynəlxalq şəffaflıq - Gürcüstan” tərəfindən yaradılmış internet-səhifəsidir. Səhifənin məqsədi ondan ibarətdir ki, Gürcüstan vətəndaşlarına 2016-cı parlament seçkilərində arzuladıqları seçimi etməkdə köməklik göstərilsin.

İnternet səhifəsində xüsusi sorğu anketi yerləşdirilib ki, ictimai siyasətlə əlaqədar 36 qapalı sualdan ibarətdir. Bu suallarda həmçinin Gürcüstanda fəaliyyət göstərən 7 əsas siyasi partiyanın sualları verilir*.

დემოკრატიული მოძრაობა          Demokratik Hərəkat - Vahid Gürcüstan

ნაციონალური მოძრაობა           Vahid milli hərəkat

ეროვნული ფორუმი       Milli Forum

თავისუფალი დემოკრატები           Azad Demokratlar

მრეწველობა გადაარჩენს საქართველოს           Sənaye Gürcüstanı xilas edəcək

პლატფორმა ახალი პოლიტიკური ცენტრისთვის - გირჩი          Yeni Siyasi partiya mərkəzi - Qirçi

საქართველოს რესპუბლიკური პარტია        Gürcüstan Respublika partiyasi

Seçicinin imkanı var ki, həmin anketi doldursun və hansı siyasi partiyanın fikirlərinə daha yaxın olduğunu anlasın. Bütün suallara cavab verdikdən sonra internet səhifə istifadəçiyə nəticəni göstərir ki, onun hansı siyasi partiya ilə neçə faizlik yaxınlığı vardır.

Faiz yaxınlığı növbəti qaydada hesablanır: əgər konkret sual üzrə internet səhifənin istifadəçisi və siyasi partiyanın sualları tamamilə eynidirsə, o zaman bu sualda partiyaya 100% verilir. Əgər seçicinin və partiyanın cavabları tam identik deyilsə, amma oxşardırsa, o zaman partiyaya 75% veriləcəkdir. Əgər seçici və partiyanın cavabları bir-birindən çox fərqlənirsə, o zaman partiyaya 0% veriləcəkdir. Məsələn, növbəti sualı və ona verilən ehtimal cavabları götürək:

Təqaüd yaşı artmalıdırmı və ya yox?
  • bəli
  • xeyr
  • bəli, yalnız kişilər üçün
  • bəli, yalnız qadınlar üçün
  • xeyr, əksinə azalmalıdır

Tutaq ki, siyasi partiya bu suala “a” cavabını verdi (bəli). Əgər internet səhifənin istifadəçisi də eyni suala “a” cavabını verərsə, o zaman bu sualda həmin seçicinin partiyası ilə oxşarlıq 100% olacaqdır. Əgər seçicinin cavabı, məsələn, “c” olarsa (bəli, yalnız kişilər üçün) bu onu bildirir ki, onun və partiyasının cavabları tamamilə olmasa da, qismən də üst-üstə düşür, çünki təqaüd yaşının artırılması hər ikisində verilir. Bu halda seçicinin partiyası ilə oxşarlıq 75% olacaqdır və seçici “b” (xeyr) və ya “e”-yə cavab verərsə (xeyr, əksinə azalmalıdır), bu halda cavabların oxşarlığı 0% olacaqdır.

Anket tam doldurulduqdan sonra bütün sualların nəticələri cəmləşdirilir və alınan ədəd 36-ya bölünür, yəni sualların sayına və bundan sonra internet səhifənin istifadəçisi və hər bir siyasi partiya arasında orta faiz payı hesablanır.

 

* Anket Gürcüstan Qanunvericiliyi ilə müəyyənləşdirilmiş on peşəkar patiyaya göndəriləcək** və iki yenicə yaradılmış siyasi birliyə - “Yeni siyasi Mərkəz -Qirçi” və “Xalq üçün dövlət”. Anketi doldurmaqdan növbəti siyasi partiyalar imtina etmişlər: “Gürcüstanın Leyborist partiyası”, “Vətənpərvərlər Alyansı”, “Xalq üçün dövlət”, “Gürcüstanın Konservativ Partiyası”, "Gürcü arzusu — Demokratik Gürcüstan"

** “Vətəndaşların siyasi birliyi haqqında” partiya Gürcüstanın Ali Qanununun 30-cu maddəsinə uyğundur.